Məşhur ukraynalı futbolçu karyerasını bitirdi

media-hightechnic-468x90

Ukrayna millisinin sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mərkəz müdafiəçisi 2 ilədək klubsuz qaldıqdan sonra bu addımı atıb.

2024-cü ilin yanvarında o, “Şaxtyor Donetsk”i azad agent kimi tərk edib və özünə yeni komanda tapa bilməyib.

Çiqrinski Yunanıstan “Aris”inin məşqçilər heyətinə rəsmən daxil olub. O, sentyabrın 9-da Saloniki komandasına baş məşqçi təyin olunmuş Manolo Ximenesin köməkçilərindən biri olacaq. Sabiq müdafiəçi məhz Ximenesin rəhbərliyi altında Yunanıstanın digər klubu AEK-də çıxış edib və 2017/2018 mövsümündə ölkə çempionluğu qazanıb.

Çiqrinski futbolçu kimi “Şaxtyor”la 6 dəfə Ukrayna çempionu, 2009-cu ildə isə UEFA Kubokunun qalibi olub. Ardından o, 2009/2010 mövsümündə “Barselona2nın formasını geyinib.

Qeyd edək ki, “Aris” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşıb. Həmin vaxt komandanın baş məşqçisi Marinos Uzunidis olub. Azərbaycan təmsilçisi iki oyunun yekununda (2:1, 2:2) qələbə qazanaraq, mərhələ adlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa