Messi bunu da bacardı

media-hightechnic-468x90

“Barselona”nın hücumçusu Lionel Messi Almaniyanın “Bavariya” klubunun əfsanəvi forvardı Herd Müllerin Avropanın aparıcı çempionatlarında bir klubda vurduğu qolların sayına görə rekordunu təkrarlayıb.

Yenicag.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinin heyətində İspaniya çempionatında 365-ci qolunu vurub. O, bu gün La Liqanın 18-ci turu çərçivəsində “Levante” ilə ev oyununun 12-ci dəqiqəsində hesabı açmaqla buna nail olub.

Qeyd edək ki, Müllerdən fərqli olaraq, Messinin futbolçu karyerasını davam etdirdiyini nəzərə alsaq, argentinalı ulduz tezliklə sözügedən rekordu qırıb, yeni rekord müəyyənləşdirmək imkanına da malikdir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600