Mətanəti buna vadar edən SƏBƏB: "Saçımı keçəl edərəm"

media-hightechnic-468x90

“Heç kim buna razılaşmaz, amma mən sənətə görə canlı-canlı səhnədə saçımı da qırxaram, keçəl də edərəm. Çünki, bu sənəti çox sevirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı və aktrisa Mətanət Əliverdiyeva verilişində aktyorluq sənətinə olan sevgisindən danışarkən deyib.

Daim komik rollara dəvət aldığını deyən Mətanət komediyadan çox dramatik rollarda oynamaq arzusunu dilə gətirib:

“Həmişə məni komediyada çəkiblər, amma mən dramatik rolları çox sevirəm. Bu yaxınlarda xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş tamaşada şairin anası obrazını yaratdım. Ağlayarkən belə süni nələrdənsə istifadə etmədim. O qədər rola qapılmışdım ki, tamaşada sözüm bitəndən sonra da gözümün suyunu saxlaya bilmirdim. Başa düşmürdüm, bu nə hisslərdir. Mən plastilin kimiyəm,  faciə də oynayaram, dram da. Çünki, o cür obrazları çox sevirəm”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa