Metro gecə 1-dək işləyəcək

media-hightechnic-468x90

10823Bakı Metropoliteni “Qarabağ” futbol klubunun Belçika “Anderlext”i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini cavablandırıb.

media-banner_tuq

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev açıqlamasında müraciətin müsbət cavablandırıldığını bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq. N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar “Gənclik” stansiyasında girişi nizamlanacaq: “Sərnişinlərdən xahiş edirik ki, böyük sıxlıq yaranmaması üçün yaxın stansiyalar olan “28 May” və ya “Nəriman Nərimanov”dan da istifadə etsinlər. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq və xahiş edirik ki, vaxtın çoxluğunu nəzərə alaraq böyük sıxlıq yaratmasınlar”.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Anderlext” matçı saat 22:00-da başlanacaq(report).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05