Metro ticarətinin ləğvi doğru addımdır – Sorğu
Metropoliten keçidlərindəki ticarət obyektlərinin sökülməsi düzgün addım kimi qiymətləndirilib.
Bu nəticə saytımızın keçirdiyi sorğudan sonra bəlli olub.
Keçirilən sorğuda 3930 nəfər iştirak edib. Fikrini bildirən şəxslərə “Metropoliten keçidlərindəki ticarət obyektlərinin sökülməsinə münasibətiniz” sualı ilə müraciət edilib. İştirakçıların 67%-i Metropoliten rəhbərliyinin atdığı addımı düzgün qiymətləndirib. 26% respondent isə ümumiyyətlə bunu metroda ticarət obyektləri olan şəxslərə qarşı ədalətsiz addım hesab edib. Digər şəxslər isə suala cavab verməkdə çətinlik çəkiblər.
Qeyd edək ki, Zaur Hüseynov Bakı Metropoliteninə yeni rəis təyin ediləndən sonra metrodakı bütün ticarət obyektlərinin sökülməsi ilə bağlı əmr verib. Hazırda demək olar ki, bütün metro stansiyalarının girişlərindəki ticarət obyektlərinin fəaliyyətinə son qoyulub(axar.az).