Metroda dəhşətli faciə – Sevgilisinə görə özünü qatarın altına atdı (Yeniləndi) -FOTO
Bakı Metropolitenində bir nəfər qatarın altına düşüb
Yenicag.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə “İçərişəhər”lə “Həzi Aslanov” xəttində baş verib. Sərnişin “28 May” stansiyasında qatarın altına düşüb. Hələlik həmin şəxsin kimliyi və sağ qalıb-qalmadığı məlum deyil.
***
Onun başı parçalanıb və həyatını itirib. Hadisədə həyatını itirən 20-25 yaşlı oğlandır. Bildirilir ki, mərhum sevgilisi ilə dalaşdığı üçün özünü qatarın altına atıb.