Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

“Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-də qiymət artımı gözlənilmir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

“Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir”, – deyə o qeyd edib.

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib: “Bu gün “Bakı Metropoliteni” uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05