Metroda sərnişin qatar yoluna yıxıldı

media-hightechnic-468x90

“İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib”

“12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.

Aidiyyəti üzrə araşdırma aparılır” – deyə B.Məmmədov əlavə edib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa