!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metrodakı qiymətləri kim ARTIRDI? – "Yuxusunda nə isə görənlər istədiklərini tətbiq etməyə çalışırlar"

!Reklam – Yazi

“Xalqda narazılıq yaratmaq istəyənlərə imkan verməyəcəyik. Yüz minlik Müasir Müsavat Partiyası ordusu daim dövlət başçısının arxasındadır”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması ilə bağlı yaydığı informasiyaları şərh edən MMP sədrinin sözlərinə görə, bəzi məmurlar özləri müstəqil dövlət yaratmaq istəyirlər:

“Onlar Prezident İlham Əliyevin etdiklərinə kölgə salmağa çalışırlar. Bunun üçün bütün vasitələr əl atırlar. Ümumilikdə, kommunal qiymətlərin artımı əhalidə narazılıq yaratmışdı. İnsanların maddi vəziyyəti yaxşı deyil. “Beşinci kolon” İlham Əliyevin uğurlarını həzm edə bilmir. Görünür ki, metropolitenə də nəzarət edən məmur xalq arasında narazılıq yaratmağı planlayıb”.

“Bu gün yatıb yuxusunda nə isə görənlər istədiklərini tətbiq etməyə çalışırlar. Sanki öz “dədələrinin şirkəti”dir. Bu özbaşınalığa son qoymaq lazımdır. Dövlət başçısına kömək etmək istəyən qiymətləri aşağı tutar. Həmin hərəkət Prezidentimizə qarşı xəyanətdən başqa bir şey deyil. O göstərişi verəni tapıb cəzalandırmaq lazımdır. Xalqda narazılıq yaratmaq istəyənlərə imkan verməyəcəyik. Yüz minlik Müasir Müsavat Partiyası ordusu daim dövlət başçısının arxasındadır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv