!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun bağlanmasının əsas səbəbi açıqlandı - İqtisadçıdan ŞƏRH

!Reklam – Yazi

“Taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdırılması yalnız qazanc deyil, həm də siyasi məsələdir”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya dövründən etibarən istirahət və bayram günləri ictimai nəqliyyatın hərəkətinin, uzun müddətdir metronun fəaliyyətinin dayandırılmasının əsas səbəblərini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, mövcud vəziyyətdə ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur. Bu addım həm siyasi, həm də iqtisadi maraqlara xidmət edir:

“Çünki hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır, “iş yeri” və “qazanc” mənbəyidir. Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır. Azərbaycan hakimiyyəti orada monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür”.

Qubad İbadoğlu hesab edir ki, taksi xidmətinə marağın artması bir çox sahələrə iqtisadi cəhətdən təsirsiz ötüşmür:

Öncəliklə ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumları, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxil olmalar çoxalır. Hakimiyyət fikirləşir ki, avtomobil idxalı hər il artırsa, onda idxal gömrük rüsumlarını, aksizləri bir az da qaldırmaq lazımdır. Digər tərəfdən hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiymətini bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır.

Bununla yanaşı, taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşımağa görə xüsusi razılıq (lisenziya), “fərqlənmə nişanı” almaq üçün “ASAN xidmət” mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyir. Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.

Nəhayət, işsizlər gündə 10-12 saat taksi xidməti göstərib, idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə, benzin pulunu ödəyəndən sonra ona qalan qəpik-quruşla çörək alaraq evinə gedir, ailəliklə şükür edib, “dolanır”. Beləliklə, taksi xidməti bu hakimiyyət üçün artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv