!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun bu stansiyası da bağlanır

!Reklam – Yazi

Bakı Metropoliteninin “Xətai” stansiyası bu il təmirə bağlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək: “”Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “Xətai” stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: “Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub”.

N. Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: “İyulun 1-də “Sahil” stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, “Sahil” stansiyası istifadəyə veriləndən sonra “Xətai” təmirə bağlanacaq”.

COP29

www.yenicag.az

2340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv