Metropolitendə kadr dəyişikliyi baş verib

media-hightechnic-468x90

46601“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda yeni kadr dəyişikliyi edib.

Zaur Hüseynovun əmri ilə Metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.

Zaur Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, Fuad Tağızadə tutduğu vəzifədən azad olunaraq Zaur Hüseynovun təşəbbüsü ilə yaradılmış Təlim-Tədris Mərkəzinə rəhbər təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600