Rusiyanın “Metrovaqonmaş” şirkəti Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Metrovaqonmaş” şirkətinin tərkibinə daxil olduğu “Transmaşholdinq” məlumat yayıb. Rusiyaya məxsus şirkətin Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə bu il fevralın 16-da imzalanıb. İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur.
Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb.
“Metrovaqonmaş” 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 280 vaqon var.
www.yenicag.az