Meyxanaçı Kərimin SON HALI: “Onu elə vəziyyətdə görmək ağırdır” - Ağamirzə
“Əvvəllər lap tez-tez baş çəkməyə gedirdim, indi arada bir gedirəm. Çünki ziyarətindən qayıdandan sonra özümə gələ bilmirəm. Əziz dostumu o vəziyyətdə görmək ürəyimi ağrıdır”.
Bunu yaxın dostu və həmkarı uzun illərdir ki, yataq xəstəsi olan Ağakərim Novruzovla bağlı danışarkən tanınmış meyxanaçı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.
Kərimin səhhətində heç bir irəliləyiş olmadığını deyən Ağamirzə artıq müalicələrin də effekt vermədiyini bildirib:
“Kərimin sağlıq durumunda heç bir irəliləyiş yoxdur. Bütün günü uzanır, yatır. Çox nadir hallarda zorla otuzdururlar. Yanına da gedəndə nə dinir, nə danışır, bir salamı güclə alır. O da başının hərəkəti ilə. Əvvəllər heç olmasa, nəsə arada bir deyirdi, gülümsəyirdi. Amma indi tamamən həyatdan əlini üzüb. Həkim gəlib gedir, baxır, dava-dərman yazır, amma müalicələr də kömək etmir. Ümid Allaha qalıb”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Cəvahir