Reklam

Reklam

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Yenicag.az xəbər verir ki, MSK sədri 10 saylı Binəqədi III Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində xanımı ilə birlikdə səs verib.

“Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb”.

Bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.

 

MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: “Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər”.

M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1070
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."