Məzahir Pənahovdan XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov xəbərdarlıqla çıxış edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, M.Pənahov deyib ki, müəyyən insanlar sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.

“Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq”, – deyə M.Pənahov əlavə edib.

O bildirib ki, hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər.

“Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.

Xatırladaq ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05