Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MHP seçki siyahısını açıqladı – Baxçalı o məşhur ismin də üstündən xətt çəkdi

 

090520140828202034089Türkiyədə 1 noyabr parlament seçkiləri ilə bağlı partiyalar namizəd siyahılarını açıqlayırlar. Yenicag.az xəbər verir ki, sürpriz siyahılardan birini Milliyyətçi Hərəkat Partiyası açıqlayıb.

Belə ki, partiyanın siyahısında müvəqqəti hökumətdə vəzifə aldığı üçün partiyadan qovulan Toğrul Türkeşin olmayacağı bilinsə də, uzun illər Türkiyə Böyük Millət Məclisində vitse-spiker olan Meral Akşenerin olmayacağını təxmin etmirdilər. Qeyd edək ki, Baxçalı bundan öncə Meral Akşeneri “vuracağı”nın işarəsini vermişdi.

MHP başqanı Dövlət Baxçalının üzərindən xətt çəkdiyi təkcə Meral Akşener olmayıb. İğdırla bağlı da dəyişiklik edib. Belə ki, 7 iyun seçkilərində seçilə bilməyən tanınmış jurnalist İsa Yaşar Tezel və İstanbul Türkiyə Azərbaycan Dərnəyi başqanı Səfər Qaraqoyunlu da bu dəfə seçkidən kənarda qalıblar. Onları doktor Yaqub Qumtəpə və iş adamı Məhərrəm Çətin əvəzləyib.

www.yenicag.az

500