MHP sədri: "Dövr artıq türk millətinin dövrüdür"
“Artıq heç bir şey köhnə üsul və prinsiplər dairəsində ilişib qalmayacaq. Yeni dünyanın türk təfsiri “Türkiyə Əsri” kimi formalaşdırılmışdır. Dövrün türk millətinin dövrü olduğu aydınlaşmışdır”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı yazılı açıqlamasında bildirib.
“Bu dövr, eyni zamanda, sülh dövrü, qardaşlıq dövrü, sabitlik və əmin-amanlıq dövrü kimi seçiləcək. Mənşəyi, bölgəsi və anasının dili nə olursa-olsun, Türkiyə Cümhuriyyətinə vətəndaşlıq bağı ilə bağlı bütün qardaşlarımız bərabər, ədalətli və şərəfli bir birlik, eyni şəkildə məhəbbət və ehtiramla bəzədilmiş qucaqlama hissiyatının əvəzi və inkarı heç vaxt düşünülməyəcək insan təbiətinin dəyərli bir nəfəri olmuşlar”, – deyə MHP sədri qeyd edib.