Mikayıl Cabbarov qadın güləşçiləri təbrik etdi

media-hightechnic-468x90

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U-23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – deyə nazir qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa