!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikayıl Cabbarov: "Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırdı" - FOTO

!Reklam – Yazi

“Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar məbləğində investisiya yatırıb”.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumunda deyib.

O qeyd edib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada komfortlu şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstək göstərildiyini, bu sahədə xüsusi qanunvericilik rejiminin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayadarlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

www.yenicag.az

1639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv