!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milçəklərin genləri dəyişdirilir - Tullantılarla mübarizə üçün yeni üsul

!Reklam – Yazi

Elm insanları milçəklərin genini dəyişdirmək istəyirlər.

Yenicag.az xəbər verir ki, Avstraliyanın Makquori Univeristetinin alimlərinin “Communications Biology” adlı elmi jurnalda yayımladıqları məqalədə qara əsgər milçəklərinin tullantıların idarə edilməsindəki önəmindən bəhs edilib.

Qeyd olunub ki, bu milçəklərin sürfələri özlərindən iki qat daha çox qida yeyə bilir. Alimlər bu milçəklərin genlərinin dəyişdirilməsi ilə daha çox qida yemələrinin təəşkil edilməli olduğunu bildiriblər. Belə ki, bu milçəklər həm tullantıların idarə edilməsində önəmli rola sahib olacaqlar, həm də fərqli sahələrdə istifadə edilən enzimlər istehsal edə biləcəklər.

Bunun üçün milçəklərin tullantıların toplandığı sahədən başqa yerə uça bilməmələri üçün onların uçuş xüsusiyyətlərini koraltmaq da planlaşdırılır.

COP29

www.yenicag.az

795
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv