Millət vəkili İtaliyada rəsmi səfərdədir

media-hightechnic-468x90

79261Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin İtaliya Xarici İşlər Nazirliyi ilə birgə təşkil edəcəyi konfransda iştirak etmək üçün İtaliyada səfərdə olacaq.
Sentyabrın 16-dan 20-dək Roma şəhərində keçiriləcək konfransda Avropada insan alveri ilə mübarizə üsulları, qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və xüsusi mexanizmlərin yaradılması barədə fikir mübadiləsi aparılacaq.

S.Qafarova müzakirə olunan məsələlərə münasibətini bildirəcək. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600