Millət vəkili media orqanlarını qınadı

media-hightechnic-468x90

1409865657“Mən görməmişəm ki, Ukrayna mediasında Qarabağ məsələsi bu qədər yer alsın”.

Bu sözləri  millət vəkili Zahid Oruc yerli media orqanlarının Ukrayna hadisələrinə həddən ziyadə kökləndiyi barədə fikirlərini söyləyərkən bildirib.

Onun sözlərinə görə, hazırda yerli media orqanları Ukraynanın şərqində baş verən hadisələri dəqiqəbədəqiqə izləyir: “Rusiya-Ukrayna münasibətlərindən danışarkən xeyli neytral ifadələrdən yararlanmaq lazımdır. Ukrayna Qarabağ münaqişəsindən bəhs edəndə erməniləri işğalçı, təcavüzkar, xəyanətkar adlandırırdımı? Mən Ukrayna mediasında bu məsələlərin yer aldığını görməmişəm. Ancaq bizdə hər gün az qala bəzi media orqanları Ukraynada baş verən hadisələri dəqiqəbədəqiqə izləyir, xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, böhran bölgəsində yaşayan əhalinin əksər hissəsi Rusiya meyllidir: “Amma orada da rus xalqı yaşayır və ruspərəst qüvvələr var ki, Ukraynanın Qərbə meyl etməsin istəmir. Buna görə də müəyyən mənada onlar öz azadlıqları uğrunda vuruşurlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600