Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Millət vəkilindən DTX-ya sual: “Onlar vəzifəyə necə yerləşdirilib?”

Reklam: Sinerji Pro

“Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir”.

Yenicag.az xəbər verir ki, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa özünün “Facebook” səhifəsində diqqəti separatist düşüncəli məmurların müxtəlif vəzifələrə necə yerləşdirilməsinə yönəldib:

“Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən Müstəqil Kürdüstana görə çıxardınız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.

Yəni Müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir.) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik.

Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?

Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq.

www.yenicag.az

1867
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM