Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

media-hightechnic-468x90

144220801655f6591080dadMilli Məclis 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycanın dünyada söz sahibi olması dünyada yaşayan soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur.

Qeyd olunur ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır: “Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər”.

Müraciətdə vurğulanır ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır və bu, dünya azərbaycanlılarının birliyindən asılıdır.

Müraciətdə milli mənəvi dəyərlərin qorunmasına çağırış edilib.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzulayıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

media-hightechnic-468x90

Milli-meclisfksdjcvhucvsduvuAzərbaycan Milli Məclisi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib. Müraciət parlamentin bu gün keçirilən iclasında sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlıların daha da həmrəy olmasında əsas faktordur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.

Müraciət səsə qoyularaq qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600