Milli Məclisin hazırkı tərkibi yeni parlament seçkilərinədək fəaliyyət göstərəcək. Növbəti parlament fəaliyyətə başladıqdan sonra əvvəlki çağırış Milli Məclis öz fəaliyyətini başa çatdıracaq.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, bu, Konstitusiya ilə tənzimlənən məsələdir:
“Parlament seçkilərinin müddətini isə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir”.
www.yenicag.az