Milli Məclis hərbçilərin sığortası ilə bağlı qanuna dəyişikliyi qəbul etdi

media-hightechnic-468x90

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunun isə kağız daşıyıcılar vasitəsilə aparılması, elektron informasiya sistemində əks olunmayan məlumatların sosial sığorta ödəmələrində nəzərə alınması üçün sığortaçı tərəfindən sığortaolunandan müvafiq məlumatları kağız daşıyıcılarda tələb edilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05