Milli Məclisdə qalmaqal: Spikerlə deputat arasında gərginlik

media-hightechnic-468x90

Milli Məclisin bu gün keçirilən plenar iclasında qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, deputat Anar İsgəndərov iclasda çıxış etmək istəsə də, ona söz verilməyib. Bu, deputatın etirazı ilə qarşılanıb.

Anar İsgəndərov bildirib ki, çıxış üçün elektron düyməyə basmağı hələ təzə öyrənib.

“Eləsi var ki, beş dəfə danışır. Bizə çatanda isə danışmaq olmur. Bura ziyalı məclisidir”, deyə deputat qeyd edib.

Milli Məclisin spikeri Sahibə Qafarova Anar İsgəndərovun iradını cavabsız qoymayıb.

“Buranın ziyalı məclisi olduğunu bilirəm. Mənə bunu öyrətməyə gərək yoxdur. Mən hər bir kəsə çıxış üçün söz verirəm. Hətta mənə irad tuturlar ki, niyə hamıya söz verirsiniz?! Yazılırlar, mən də söz verirəm”, deyə spiker bildirib./Qaynarinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600