!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin deputatları Laçın rayonuna səfər etdilər

!Reklam – Yazi

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Afət Həsənova, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İltizam Yusifov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müzakirələr aparmaq üçün Laçın rayonuna səfər ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, səfər çərçivəsində deputatlar əvvəlcə işğaldan azad edilmiş Ağdam rayonuna gələrək burada Cümə məscidini və Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini anıblar.

Sonra deputatlar Xankəndi şəhərində olublar. Şəhərlə tanışlıqdan sonra onlar Laçın rayonuna gəliblər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində burada Laçın rayon 2 saylı tam orta məktəbdə görüş keçirilib. Tədbirdə işğaldan azad olunmuş ərazilərdəki ekoloji problemlərə dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunda aparılan nəhəng tikinti-quruculuq işləri və qarşıda duran vəzifələrdən danışıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Laçında aparılan tikinti-quruculuq işləri barədə fikirlərini bölüşüb, görülən işlərə qanunvericilik sahəsində lazımi dəstəyin göstərildiyini qeyd edib.

Sonra Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov minatəmizləmə sahəsində görülən işlərlə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova və Fatma Yıldırım Laçında aparılan tikinti-quruculuq işləri və ekoloji problemlər barədə fikirlərini bildiriblər.

Daha sonra deputatlar Laçında fəaliyyət göstərən Zerti Aqro-Sənaye Parkının fəaliyyəti, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu, “Həkəri Balıq Təsərrüfatı” ilə də tanış olublar.

Səfər davam edir.

COP29

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv