Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar verdi - YENİLƏNİB

media-hightechnic-468x90

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, sənədi vitse-spiker Ziyafət Əsəgrov oxuyub.

Qərara əsasən, Milli Məclis AP ilə bütün istiqamətkləır üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Eyni zamanda Milli Məclisin Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.

***

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə sədr Sahibə Qafarova bugünkü iclasda məlumat verib.

O qeyd edib ki, iclasın gündəliyində 9 məsələ var.

“Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələyə baxacaq”, – sədr vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

***

Milli Məclisin növbəti iclası başlayıb.

Yenicag.az-ın xəbərinə görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05