Milli Məclisin plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, Milli Məclisin növbəti plenar iclasının aprelin 13-də keçirilməsi nəzərdə tutulur.

Toplantının gündəliyi barədə isə yaxın günlərdə məlumat veriləcək.