Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

media-hightechnic-468x90

016b2467f397fa0511c8236194cba5e0_XLYanvarın 23-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

Komitə sədri Arif Rəhimzadə gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

Əvvəlcə Milli Məclisin 2014-cü il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələ müzakirə olunub və onlardan 11-i qanun layihəsidir. Bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. Hesabat dövründə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib.

Qeyd edilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub və qəbul edilib. Sessiya dövründə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” üç qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Qanunun 43-cü maddəsinə əlavə edilib ki, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.

Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb və onlardan 72-si araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 450 nəfərdən çox vətəndaş qəbul edilib.

Çıxış edən deputatlar qanunvericiliyə edilən əlavə və dəyişikliklərin yerlərdə bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.

Komitənin 2014-cü il payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra iclasda komitənin 2015-ci il yaz sessiyası üçün iş planına baxılıb və təsdiq olunub. Bu sessiyada komitədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.

Daha sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsinə baxılıb və plenar iclasa tövsiyə olunub(azərtac).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600