Milli Məclisin yaz sessiyası başa çatdı
Milli Məclisin 2025-ci il yaz sessiyası başa çatıb.
Yenicag.az xəbər verir ki, sessiyaya bu gün keçirilən plenar iclasda yekun vurulub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir./unikal