Milli Məclisin “yenilənmiş” TƏRKİBİ: “İslahatlar məsələsi də elə o seçkilərlə başa çatmış oldu” – Sərdar Cəlaloğlu

“Gözlənilirdi ki, islahatların ağırlıq mərkəz parlamentə keçəcək və təşəbbüskarlıq olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisə 2020-ci il fevralın 9-da növbədənkənar seçkilərin keçirilməsindən ötən 1 il parlamentin yeni tərkibinin fəaliyyətini qiymətləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib.

Sərdar Cəlaloğlu parlament seçkilərindən sonra “islahat” məfhumunun da unudulduğunu vurğulayıb:

“İslahatlar məsələsi də elə o seçkilərlə başa çatmış oldu. Yəni gündəmdə islahat söhbəti belə olmadı, islahatdan danışan yoxdur.

Gözlənilirdi ki, islahatların ağırlıq mərkəz parlamentə keçəcək, təşəbbüskarlıq olacaq və sair. Doğurdan da İlham Əliyev düz deyirdi ki, parlament islahatların qarşısında duran ən böyük əngəllərdən biridir”.

Aqil Bəkir