Dekabrın 18-də Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan iclas 6 saata yaxın davam edib.
Məlumata əsasən, hökumət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.
Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyətin inkişafını müzakirə edib.
Milli Təhlükəsizlik Şurası həmçinin Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı Rusiyanın mövqeyini yolverilməz sayıb. İclasda Rusiyaya qarşı cavab tədbirləri detallı şəkildə nəzərdən keçirilib.
www.yenicag.az