Millimizin futbolçusu “Fənərbağça”ya qol vurdu – VİDEO
Türkiyə Superliqasının ikinci turunda “Fənərbaxça” öz meydanında “Kayserispor”la qarşılaşıb.
Millimizin sabiq üzvü Ufuk Budak da “Şükrü Saracoğlu”da keçirilən görüşdə fərqlənə bilib.
Belə ki, Ufuk meydana 82-ci dəqiqədə daxil olub. 90-cı dəqiqədə isə sol cinahdan vurduğu qolla komandasını hesabda önə keçirib – 3:2.
Lakin hakimin oyununa sonuna əlavə etdiyi üçüncü dəqiqədə “Fənərbaxça” hesabı dəyişə bilib. Alper Potuk matçda son nəticəni (3-3) müəyyənləşdirib.
https://youtu.be/6fFODLRrmxA