Millimizin heyətində dəyişiklik edildi

media-hightechnic-468x90

Oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

media-banner_tuq

AFFA-nın saytının yaydığı məlumata görə, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək U-19-un heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev (“Qarabağ”) və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıblar.

Onların əvəzinə Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulublar.
Qeyd edək ki, Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05