Portuqaliya millisinin qapıçısı Antonio Alberto Bastosun yeni klubu bəlli olub.
Yenicag.az xəbər verir ki, 35 yaşlı əlcək sahibi karyerasını Türkiyədə davam etdirəcək.
O, Super Liqaya vəsiqə qazanan “Göztəpə” ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bastosun son klubu “Sportinq” olub.
www.yenicag.az