Millinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırıldı - SƏBƏB

media-hightechnic-468x90

Suriya Futbol Assosiasiyası (SFA) millinin sabiq kapitanı, “Əl-Caiş”in futbolçusu Əhməd Əl-Salihini hakimə hücum etdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.

Yenicag.az  BBC-yə istinadən xəbər verir ki, martın 3-də keçirilən görüşdə – “Əl-Vatb”la çempionat oyununda qırmızı alan Əl-Salih referini təpiklə vuraraq ona tüpürüb və söyüb.

Əhməd matç başa çatandan sonra da stadionun tunelində hakimin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib.

SFA futboldan ömürlük uzaqlaşdırdığı oyunçuya pul cəzası da kəsib. 33 yaşlı Əl-Salihin bu qərardan şikayət etmək hüququ olmayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600