!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milliyet” Xocalı soyqırımına geniş yazı həsr edib

!Reklam – Yazi

Türkiyənin nüfuzlu “Milliyet” qəzetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı irihəcmli məqalə dərc olunub. 

Yeniçağ.Az xəbər verir ki, “Milliyet”in yazarı Ömer Aymalının qələmə aldığı məqalədə ermənilərin Rusiyaya məxsus 366-cı alayın iştirakı ilə 1992-ci il fevralın 25-26-da törətdikləri Xocalı soyqırımından ətraflı bəhs edilib. Müəllif qeyd edib ki, ermənilər dinc əhaliyə divan tutaraq, qadın, uşaq və qocalara da aman verməyiblər:

“Erməni silahlıları fevralın 25-dən 26-na keçən gecə Xocalı qəsəbəsində 83-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan olmaqla 613 nəfəri qətlə yetiriblər. Baş verənlər sadəcə, insanların qətlə yetirilməsi deyildi; cəsədlərin tədqiqi zamanı onların bir çoxunun yandırıldığı və gözlərinin çıxarıldığı müəyyən edilib. Hətta hamilə qadınlar və uşaqlar da bu vəhşiliyə məruz qalıblar”.

Məqalədə daha sonra Azərbaycanın İstanbuldakı konsulu Məsim Hacıyevin Xocalı Soyqırımının 25 illiyi ilə bağlı açıqlamasına da yer verilib. Xocalı Soyqırımı ərəfəsində mövcud olan şəraiti xatırladan diplomatımız faciəni ətraflı təsvir edib:

“25 il əvvəl erməni separatçı-terrorçuların Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsində törətdikləri soyqırım nəticəsində həyatlarını itirən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, göstərdiyi qardaşlıq köməyinə görə Türkiyə Cümhuriyyətinə minnətdarlığımı bildirirəm”.

Yeniçağ.Az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv