“Mançester Siti”nin ulduz futbolçusu Rahim Sterlinq bu dəfə meydandan kənar həyatı ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, Britaniya mətbuatında yarımmüdafiəçinin eskort-xidmətləri təklif edən şirkətə zəng etməsi ilə bağlı xəbərlər yayılıb.
Maraqlıdır ki, fahişə sifariş edən İngiltərə millisinin üzvü qiymət “öldürmək”dən də çəkinməyib. O, uzun müzakirələrdən sonra eskort-xidmətinə 3000 əvəzinə, 1500 funt-sterlinq ödəyəcəyi ilə bağlı razılıq əldə edib.
Qeyd edək ki, 22 yaşlı futbolçu hər həftəsi üçün “Mançester Siti”dən 180 min funt-sterlinq qazanır.