Minadan tam təmizlənmiş ərazilər açıqlandı

media-hightechnic-468x90

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa