Mingəçevir Avtovağzalının direktorunun oğlu hoteldə öldü
Mingəçevir Avtovağzalının icraçı direktoru ölmüş vəziyyətdə aşkar olunub.
Yenicag.az-ın məlumatına görə, hadisə Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov yatdığı otaqda ölmüş vəziyyətdə aşkar olunub.
Otağa baxış zamanı onun öldüyü məlum olub. Onun ürəktutmadan öldüyü deyilir.
Qeyd edək ki, o iş adamı və Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovun oğludur.
Faktla bağlı araşdlrma aparılır./unikal