Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 85 faizdən çox hissəsi ixrac edildi

media-hightechnic-468x90

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çox hissəsi (267 milyon manat) ixrac edilib.

İZİA-dan Yenicag.az-a bildirib ki, 26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti (“Mingəçevir Tekstil” MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir.

İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı “Made In Azerbaijan” brendi ilə Türkiyə, Rusiya və s. ölkələrə ixrac olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600