Mingəçevirdə təəccüblü görüntü: Bir kişiyə 2 başdaşı qoydular - VİDEO

media-hightechnic-468x90

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşının qoyulması görənləri təəccübləndirib.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.

Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.

“Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb”, – deyə hadisə şahidi bildirib.

Məsələyə münasibət öyrənmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600