"MiQ-21" qırıcısı qəzaya uğradı - Ölən var

media-hightechnic-468x90

 Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla 13:21-də ölkənin Himçal Pradeş əyalətində baş verib.

Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.

Qəzaya uğrayan təyyarənin müntəzəm keçirilən patrul reydindən olduğu bildirilir. Qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Qəzadan sonra baş verən yanğın söndürülüb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa