Miqrantlar son anda ölümdən qurtuldular

media-hightechnic-468x90

1430595298733458809_750x500Avropa İttifaqının Aralıq dənizində miqrantların xilası ilə bağlı qəbul etdiyi qərara əsasən Liviya sahillərində keşik çəkən Fransanın “Komandan Biro” gəmisi mayın 2-də 217 miqrantı xilas edib.

Bu haqda Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Afrika qitəsinin ayrı-ayrı ölkələrindən olan miqrantları gizli yolla Avropa sahillərinə çıxarmağa çalışan üç qayığın dənizdə qəzaya uğraması miqrantların həyatı üçün ciddi təhlükə yaradıb. Vaxtında hadisə yerinə gələn gəmi qayıqlardakı 217 nəfəri dərhal xilas etməyə müvəffəq olub. Müasir tibbi avadanlıqla təchiz olunan gəmidəki sanitralar və tibbi heyət xəsarət alanlara ilkin yardım göstəriblər və onlar İtaliya sahillərinə çıxarılıblar.

Miqrantları qeyri-qanuni yolla Avropa sahillərinə çıxarmağa çalışan qayıqların sahibləri həbs olunaraq İtaliya polisinə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600