Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Mirdilavər oğlu Ağayevin məhkəməsi başlayıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, məhkəmə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilir.
M.Ağayev çoxsaylı vətəndaşlardan müxtəlif bəhanələrlə pul alaraq onların etibarından sui-istifadə edib. O, əsasən pulu işə düzəltmək adı ilə alıb.
Proses ayın 25-də davam edəcək.
Qeyd edək ki, M.Ağayev tanınmış telejurnalist Mirşahin Ağayevin qardaşıdır.
www.yenicag.az