MLS iki futbolçunu ömürlük diskvalifikasiya etdi

media-hightechnic-468x90

MLS iki futbolçunu mərc oyunlarında iştiraka görə ömürlük diskvalifikasiya edib.

media-banner_tuq

Yenicag.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-li yarımmüdafiəçi Derrik Cons və qanalı hücumçu Yov Yeboa cəzalandırılıblar. Araşdırma nəticəsində futbolçuların MLS oyunlarına, o cümlədən öz komandalarının iştirakı ilə keçirilmiş qarşılaşmalara mərc etdikləri müəyyənləşdirilib. Qaydaların pozulması halları 2024/2025-ci illər mövsümündə qeydə alınıb.

29 yaşlı D. Cons MLS-də “Filadelfiya”, “Neşvill”, “Hyuston, “Şarlott” və “Kolambus” klublarında çıxış edib. O, “Kolambus”la birlikdə KONKAKAF Çempionlar Liqasının finalına yüksəlib. Futbolçu hazırda azad agent statusundadır.

28 yaşlı Y. Yeboa isə 2023-cü ildə “Kolambus”un heyətində MLS çempionu olub. O, liqada, həmçinin “Los-Anceles” komandasının formasını geyinib. Futbolçu hazırda Çinin “Sindao” kollektivində çıxış edir./Unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05