!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN: Qarşı tərəfin yaydığı məlumat təxribat xarakteri daşıyır

!Reklam – Yazi

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, açıqlamada deyilir:

“Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır. Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv